AZE | RUS | ENG |

Dmitri Peskov liderlərin görüşünün təxirə salınmasının səbəbini açıqlayıb

Dmitri Peskov liderlərin görüşünün təxirə salınmasının səbəbini açıqlayıb
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov avqustun 13-də keçirilməsi nəzərdə tutulan Rusiya, İran və Azərbaycan liderlərinin görüşünün təxirə salınmasının səbəbini açıqlayıb.
 
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, D.Peskov deyib: "Avqustun 13-də keçirilməsi planlaşdırılan Rusiya, İran və Azərbaycanın dövlət başçılarının görüşünün təxirə salınması prezidentlərin iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsi və bu qrafiklərin sinxronlaşdırılması üçün uyğun vaxtın seçilməsi ilə əlaqədardır. Diplomatik kanallarla qrafiklərin bu cür sinxronlaşdırılmasından sonra biz yeni müddət haqqında məlumat verəcəyik”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8943
GEL 1 1 Gürcüstan larisi 0.5802
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0853
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1765
CHF 1 1 İsveçrə frankı 1.743
KWD 1 1 Küveyt dinarı 5.5974
TRY 1 1 Türkiyə lirəsi 0.2929